Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi (Bakı şəhəri üzrə 6 mərkəz, Lerik şəhər və rayonları üzrə)”...

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi (Bakı şəhəri üzrə 6 mərkəz, Lerik şəhər və rayonları üzrə)”, “Sağlamlıq imkanları məhdud uşaqlar üçün (Astara, Yevlax, Tərtər və İsmayıllı rayonları üzrə) icma əsaslı sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili”, “Sağlamlıq imkanları məhdud uşaqların (daun sindromlu) sosial reabilitasiyası - 3 mərkəz  (Bakı şəhəri və regionlar)”, “Sağlamlıq imkanları məhdud uşaqların (autizm) sosial və psixoloji reabilitasiyası-7 mərkəz (Bakı şəhəri və regionlar)”, “Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzinin yaradılması (Ağcabədi, Şəmkir, Şəki rayon və şəhərləri üzrə)”, “Görmə imkanları məhdud şəxslər üçün reabilitasiya mərkəzinin fəaliyyətinin təşkili (regionlarda 2 mərkəz)”, “Əlilliyi olan şəxslər üçün peşə-sosial reabilitasiya mərkəzinin fəaliyyətinin təşkili( regionlarda 2 mərkəz)”, “İnsan alveri qurbanları üçün sosial-reabilitasiya mərkəzinin fəaliyyətinin təşkili (Göyçay rayonu üzrə)” “Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası (regionda 1 mərkəz)”, “Sağlamlıq imkanları məhdud uşaqlara   İdman incəsənət və xalq sənət növlərinin öyrədilməsi (Bakı  şəhəri üzrə 1 mərkəz)”, Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün maarifləndirmə tədbirlərinin təşkili”, “Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtının təşkili məqsədilə onların istirahət zonalarına göndərilməsi” adlı təkrar müsabiqələr, “Görmə imkanları məhdud şəxslərin həyat şəraitinin asanlaşdırılması ilə bağlı innovativ təşəbbüslərin həyata keçirilməsi”, “Əlilliyin düzgün dərk edilməsi istiqamətində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi”, “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə sosial-reabilitasiya xidmətlərinin göstərilməsini nəzərdə tutan layihələrin müstəqil monitorinqi və qiymətləndirilməsi”, “Eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud şəxslər üçün kütləvi informasiya vasitələri vasitəsilə surdoloji maarifləndirmə xidmətlərinin aparılması” adlı müsabiqələr keçirir.  

            Müsabiqədə qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.

            İştirak haqqı yoxdur.

Maraqlanan təşkilatlar müsabiqənin əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün Bakı şəhəri, H. B. Zərdabi pr. 80  ünvanına yazılı müraciət edə bilərlər.

Müsabiqədə iştirak edən təşkilatların təklifləri H. B. Zərdabi pr. 80  ünvanına 29 avqust 2019-cu  il  saat 17:00-dan gec olmayaraq təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.

Müsabiqə 30 avqust 2019-cu il saat 11:00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda  keçiriləcəkdir. 

Əlaqə telefonu: (012) 434-05-20.

Müsabiqə komissiyası;