17 may 2019-cu il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda  keçirilən müsabiqənin nəticələri

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 17 may 2019-cu il tarixdə keçirilmiş “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi (Astara, Ağsu, Beyləqan, Yardımlı, Ağcabədi, Yevlax, Lənkəran, Salyan şəhər və rayonları üzrə)” adlı təkrar müsabiqənin qalibləri Ağcabədi rayonu üzrə “İnkişaf Naminə İdman” İB, Ağsu rayonu üzrə “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İB, Yardımlı rayonu üzrə Əlillərin Beynəlxalkq Əməkdaşlığı Uğrunda Cəmiyyəti, Lənkəran şəhəri üzrə “Gələcəyə Qayğı” Regionların Sosial-İqtisadi İnkişafına Dəstək İB, Astara rayonu üzrə “Ümid Yeri” Xeyriyyə Cəmiyyəti. Salyan rayonu üzrə “Müşviq” adına Qaradağın Əlil Uşaqlarına Yardım İB, Yevlax rayonu üzrə “SOS Uşaq kəndləri-Azərbaycan” Assosisiyası İB, Beyləqan rayonu üzrə Beyləqan Gənclərinin Maarifləndirilməsi İB,”Sanator-kurort yollayışlarının alınması” adlı təkrar müsabiqənin qalibi “Möcüzəli Naftalan” MMC, “Sağlamlıq imkanları məhdud uşaqlar üçün (Masallı, Yardımlı, Ağdaş, Zaqatala, Saatlı, Göyçay, İmişli, Sumqayıt, Mingəçevir, Kürdəmir şəhər və rayonları üzrə) icma əsaslı sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” adlı təkrar müsabiqənin qalibləri Masallı rayonu üzrə “Vətəndaşların sosial rifahı naminə” İB, Saatlı rayonu üzrə “İnklüziv Cəmiyyət Naminə” Əlilliyi olan Şəxslərə Dəstək İB, Mingəçevir şəhəri üzrə Əlil Qadınlar Cəmiyyəti, Ağdaş rayonu üzrə “İnkişafa Doğru” Regionların Sosial-İqtisadi İnkişafına Dəstək İB,  Sumqayıt şəhəri üzrə “United Aid For Azerbaijan (UAFA)” Xeyriyyə Cəmiyyəti, İmişli rayonu üzrə “Mərhəmət” Kimsəsizlərə Yardım İB, Yardımlı rayonu üzrə “Müşviq” Qaradağın Əlil Uşaqlarına Yardım İB, Kürdəmir rayonu üzrə “Sosial İnkişafa Yardım” İB, Zaqatala rayonu üzrə “Könül Evi” Aztəminatlı Ailələrə Yardım İB, “Görmə imkanları məhdud uşaqlar üçün müyəssər formatlı nəşrlərin hazırlanması” adlı müsabiqənin qalibi “Ailə” Sosial Araşdırmalar İB, “Xüsusi qayğıya ehtiyacı olan uşaqların asudə vaxtının təşkili” adlı müsabiqənin qalibi “Uşaq və Gənclərin İnkişafına Dəstək” İB, “Sağlamlıq imkanları məhdud uşaqlarla davranış üzrə valideynlərə dəstək göstərilməsi” adlı müsabiqənin qalibi “İnklüziv Cəmiyyət Naminə” Əlilliyi olan Şəxslərə Dəstək İB, “Sağlamlıq imkanları məhdud uşaqlar üçün maarifləndirmə tədbirləri” adlı müsabiqənin qalibi “Müstəqil həyat tərzi” Əlillərə Dəstək İB, “Eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlar üçün kütləvi informasiya vasitələri vasitəsilə surdoloji maarifləndirmə xidmətlərinin aparılması” adlı müsabiqənin qalibi “Ailə” Sosial Araşdırmalar İB, “Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında idman tədbirlərinin keçirilməsi və onların beynəlxalq yarışlarda iştirakına şərait yaradılması” adlı müsabiqənin qalibi “Boccia” İdman Federasiyası, “Sağlamlıq imkanları məhdud uşaqlar üçün ailə tipli kiçik qrup evlərin fəaliyyətinin təşkili” adlı müsabiqənin qalibi “Sağlam Həyat naminə” İB, “Eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya xidmətlərinin göstərilməsi” adlı müsabiqənin qalibi  “İnklüziv Cəmiyyət Naminə” Əlilliyi olan Şəxslərə Dəstək İB elan edilmişdir.