Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədilə təbliğat kampaniyasının təşkili” adlı müsabiqə keçirir.

            Müsabiqədə qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.

            İştirak haqqı yoxdur.

Maraqlanan təşkilatlar müsabiqələrin əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün Bakı şəhəri, H. B. Zərdabi pr. 80  ünvanına yazılı müraciət edə bilərlər.

Müsabiqələrdə iştirak edən təşkilatların təklifləri H. B. Zərdabi pr. 80  ünvanına 27 fevral 2020-ci  il  saat 17:00-dan gec olmayaraq təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.

 Müsabiqələr 28 fevral 2020-ci il saat 11:00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda  keçiriləcəkdir. 

      Əlaqə telefonu: (012) 434-05-20.

      Müsabiqə komissiyası;