Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 16 aprel 2019-cu il tarixdə keçirilmiş “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi...

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 16 aprel 2019-cu il tarixdə keçirilmiş “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi (Astara, Ağsu, Beyləqan, Qazax, Yardımlı, Ağcabədi, Qax, Yevlax, Lənkəran, Tovuz, Bərdə, Quba, İsmayıllı, Goranboy, Göygöl,Hacıqabul, Neftçala,Oğuz,  Qusar,Salyan,Şirvan, Tərtər,Ucar, Zərdab, Abşeron, Masallı, Zaqatala, Pirallahı, Gəncə şəhər və rayonları üzrə)” adlı müsabiqənin qalibləri Qazax rayonu üzrə Əlil Qadınlar Cəmiyyəti, Qax, İsmayıllı rayonları üzrə “Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi” İB, Tovuz rayonu üzrə “Sosial hüquqların Araşdırılması” İB, Bərdə, Zaqatala rayonları üzrə “Sosial-İqtisadi Təşəbbüslərə Dəstək” İB, Quba, Hacıqabul, Qusar rayonları üzrə “Ailə” Sosial Araşdırmalar İB, Göygöl rayonu üzrə “Üfüq” Xeyriyyə İB, Goranboy, Tərtər rayonları üzrə “Gələcəyə Qayğı” Regionların Sosial-İqtisadi İnkişafına Dəstək İB, Neftçala, Pirallahı rayonları və Gəncə şəhəri üzrə “Uşaq və Gənclərin İnkişafına Dəstək” İB, Oğuz rayonu üzrə “Mərhəmət” Kimsəsizlərə Yardım İB, Şirvan şəhəri üzrə “Tərəqqi” Sosial Tədqiqatlar İB, Ucar, Zərdab rayonları üzrə “Ümman” Əlil Uşaqlara Qayğı İB, Abşeron rayonu üzrə “İnklüziv Cəmiyyət Naminə” Əlilliyi olan Şəxslərə Dəstək İB, Masallı rayonu üzrə “Vətəndaşların Sosial Rifahı Naminə” İB, “Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası” adlı müsabiqənin qalibi “United Aid For Azerbaijan (UAFA)” Xeyriyyə Cəmiyyəti, “Sağlamlıq imkanları məhdud uşaqların (daun sindromlu) sosial reabilitasiyası” adlı müsabiqənin qalibi “Müşviq” adına  Qaradağın Əlil Uşaqlarına Yardım İB, “Sağlamlıq imkanları məhdud uşaqların (autizm) sosial və psixoloji reabilitasiyası” adlı müsabiqənin qalibi “Autizm” Defektoloji və Psixoloji Yardım Mərkəzi İB elan edilmişdir.