Əmək Bazarı və Sosial Məsələlər üzrə Observatoriya Rəhbərlik

Elşən Səlim oğlu Əsədov 

1972-ci il fevral ayının 28-də Ağcabədi rayonun Şahsevən Təzəkənd kəndində anadan olmuşdur. 
1990-cı ildə Voznasenski adına Leninqrad Maliyyə-iqtisad institutunun Bakı fililalına daxil olmuş, 1995-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun məzunu olmuşdur. 
Əmək fəaliyyətinə 1996-cı ildə «Biləndər» firmasında mütəxəssis kimi başlamış, 1998-ci ildə firmanın icraçı direktoru təyin edilmişdir. 

2001-ci ilin avqust ayından İqtisadi İnkişaf Nazirliyinin Qiymət-tarif siyasəti şöbəsinə rəis vəzifəsinə təyin olunmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2002-ci il tarixli 17 saylı qərarı ilə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının üzvü təyin edilmişdir. 

3 aprel 2006-cı ildən 4 avqust 2011-ci ilədək Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibi, 25 avqust 2011-ci ildən 4 aprel 2014-cü ilədək Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Mənzil-kommunal siyasəti şöbəsinin müdür müavini, 4 aprel 2014-cü ildən 12 iyun 2014-ci ilədək İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdür müavini-müdir əvəzi vəzifələrində çalışmış, 12 iyun 2014-cü ildən İqtisadiyyat Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdüri vəzifələrində çalışmışdır. 

Azərbaycan Respublikası  Prezidentinin 08.12.16-cı il tarixli Sərəncamı ilə “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC-nin İdarə Heyəti sədrinin müavini təyin edilmiş, 23.07.2019-cu il tarixinədən ASC-nin Kənd Təsərrüfatı nazirliyinin tabeliyinə verilməsi ilə əlaqədar olaraq vəzifəsindən azad edilmişdir.

2020-ci ilin 1 iyul tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müvafiq əmri ilə “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsinin İdarə Heyətinin İdarə Heyətinin sədri  vəzifəsinə təyin edilmişdir.

01–04 iyun 2002-ci ildə İsveçrənin Cenevrə şəhərində Azərbaycan Hökumətinin ÜTT-yə üzv olmaqla bağlı danışıqlarında danışıq qrupunun tərkibində, 05-09 may 2003-cü ildə Macarıstanın Budapeşt şəhərində, Enerji Tarifləri Tənzimləyicilərinin Regional Assosiasiyanın (ERRA) illik toplantısında və Energetika sahəsinə investisiya və energetikanın tənzimlənməsi məsələlərinə həsr edilmiş 2-ci konfransda, 01-07 sentyabr 2003-cü ildə Polşa Respublikasının Varşava, Krınitsa, Krakov şəhərlərində Polşa Respublikasının ÜTT-yə qəbul ilə bağlı təcrübəsinin öyrənilməsi məqsədi ilə müxtəlif dövlət orqanlarında, qeyri hökumət təşkilatlarında, institutlarında, fondlarında və Polşada keçirilən 13-cü İqtisadi Forumda və 19-22 oktyabr 2003-cü ildə Bolqarıstanın Sofiya şəhərində «Energetika sahəsində islahatlar və sosial təhlükəsizlik» məsələlərinə dair konfransda,  iştirak etmişdir. 

1998-2001-ci illərdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin prezidenti, 2002-2006-cı illərdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının üzvü (AR NK-nin 31.01.2002-cil tarixli 17 nömrəli qərarı) və Enerji Tarifləri Tənzimləyicilərinin Regional Assosiasiyanın (ERRA) İdarə Heyətinin  üzvü, hal-hazırda isə fəxri üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 2131 nömrəli Sərəncamı ilə “Dölvət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.

“Əmlakın qiymətləndirilməsinin aktual məsələləri” kitabının “Qiymətləndirmə”, “Qiymətləndirmə və mühasibat uçotu”, “Qiymətləndirmə: normativ hüquqi sənədlər” adlı broşuraların, “Qiymətləndiricinin büllüteni” nəşrinin müəlliflərindən biri olmuş, dövri mətbuatda və konfransların materiallarında qiymətləndirmə, qiymət və s. məsələlərə dair yüzdən artıq məqalə və müsahibələrim nəşr edilmişdir. 

Rus, Türk, ingilis dillərini bilir.