Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına dəstək məqsədi daşıyan “Sosial Bağlar” layihəsi üçün müraciətlərin qəbuluna başlanıb.
2021-ci ildə daha 500 nəfərin cəlb olunacağı layihə bağçılıq üçün əlverişli olan 20 rayonu (Ağsu, Şamaxı, Balakən, Zaqatala, Oğuz, Qəbələ, Goranboy, Göyçay, Hacıqabul, Kürdəmir, Astara, Lənkəran, Quba, Qusar, Xaçmaz, Şabran, Sabirabad, Şəmkir, Siyəzən, Yevlax) əhatə edir. Həmin rayonlar üzrə mülkiyyətində kənd təsərrüfatına yararlı pay torpağı olub digər məşğulluğu olmayan şəxslər layihəyə müraciət edə bilər.
Layihə iştirakçılarına dair digər tələblər aşağıdakılardır:
Layihəyə cəlb edilən namizədlərin qiymətləndirilməsi zamanı onların aztəminatlılıq meyarlarına uyğunluğu və torpağın bağçılıq üçün yararlı olması əsas götürüləcək.
Layihənin icrası zamanı şəhid ailələrinə, qazilərə, habelə sosial cəhətdən həssas kateqoriyadan olan digər şəxslərə üstünlük verilir. Proqrama http://bit.ly/MesgullugLayiheler linkinə daxil olaraq və ya müvafiq Ərazi Məşğulluq Mərkəzlərinə müraciət etməklə müraciət etmək mümkündür.
Son müraciət tarixi 30 maydır.
Qeyd edək ki, 2018-2020-ci illərdə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə birgə icra olunmuş “Sosial Bağlar” layihəsi üzrə həssas qruplardan olan 625 ailə üçün bağçılıq təsərrüfatları yaradılıb.