Əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgilərinə başlandı

Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzinin yetirmələrinin əl işlərinin satış-sərgilərinə başlanıb.

İlk satış-sərgi bu gün 1 saylı DOST Mərkəzində təşkil olunub və iki gün (hər gün saat 11:00-dən 17:00-dək) davam edəcək. Xalçaçılıq, toxuculuq, rəssamlıq, oyma növləri üzrə müxtəlif əl işləri sərgilənərək satışa çıxarılıb.

Ümumilikdə aprel-may ayları ərzində belə satış-sərgilərin təşkili nəzərdə tutulub.

Sosial Xidmətlər Agentliyi, “ASAN xidmət” və Bakı Gənclər Mərkəzinin birgə  təşkilatçılığı ilə ardıcıl olaraq təşkil olunacaq satış-sərgilərin tarixləri və ünvanları belədir:

 

  • 28-29 aprel, saat 11:00-17:00 - 1 saylı DOST Mərkəzi;
  • 4 may, saat 12:00-18:00 - 1 saylı “ASAN xidmət” mərkəzi
  • 7 may, saat 11:00-19:00 - Bakı Gənclər Mərkəzi;
  • 17 may, saat 12:00-18:00 - 5 saylı “ASAN xidmət” mərkəzi;
  • 21 may, saat 12:00-18:00 - 4 saylı “ASAN xidmət” mərkəzi;
  • 26-27 may, saat 11:00-17:00 - 3 saylı DOST Mərkəzi.

Əsas məqsəd əlilliyi olan şəxslərin istedad və bacarıqlarının cəmiyyətə tanıdılmasına, yaradıcılıq imkanlarına, fəaliyyətlərinin stimullaşdırılmasına, ümumən bu kateqoriyadan olan vətəndaşların  cəmiyyətə inteqrasiyasına yaxından dəstək olmaqdır.