Avropa Təlim Fondu ilə əməkdaşlıq perspektivləri müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa Təlim Fondunun (ATF) nümayəndələri ilə onlayn görüş keçirilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ölkəmizdə əmək bazarı və məşğulluq sahəsində aparılan islahatlar, işaxtaran və işsiz şəxslər üçün peşə hazırlığı kurslarının, peşəyönümü tədbirlərinin təşkili işləri barədə məlumat verib. Əmək bazarının monitorinqi və proqnozlaşdırılması sahəsində formalaşan fəaliyyət mexanizmini,  Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın bu sahədə önəmini diqqətə çatdırıb.

ATF-in insan kapitalının inkişafı üzrə baş mütəxəssisi və Azərbaycan üzrə əlaqələndiricisi Marqareta Nikolovskanın və müstəqil ekspert İlkin Nəzərovun fikirləri dinlənilib. Görüşdə ötən dövrdə ATF ilə birgə layihələrin əhəmiyyəti vurğulanıb, əməkdaşlıq perspektivləri müzakirə olunub