Prezident İlham Əliyevin “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” bugünkü Fərmanı müvafiq kateqoriyalardan olan şəxslərin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində idarəçiliyin təkmilləşdirilməsi istiqamətində mühüm addımdır.
Fərmana əsasən Dövlət Sığorta Kommersiya Şirkətinin aşağıdakı şəxslərin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri 2022-ci il yanvarın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilir:
Növbəti ildən sığortaolunanların və sığortalıların uçotunun aparılması, sığorta haqlarının ödənilməsinə nəzarət, sığorta ödənişlərinin verilməsi Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən həyata keçiriləcək.
DSMF həmçinin sığorta ehtiyatlarının yaradılması və artırılması işlərini görəcək.
Toplanan sığorta vəsaitlərindən sığorta ödənişlərinin verilməsi üçün istifadə edilməklə bərabər, bu vəsaitlər şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial müdafiəsi istiqamətində tədbirlərin gücləndirilməsinə də sərf olunacaq.