Ahıl şəxslərlə işləyən əməkdaşlar üçün psixososial reabilitasiya təlimi təşkil olunub

Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin əməkdaşları üçün psixososial reabilitasiya təlimi təşkil olunub.

Psixoloji Elmi Tədqiqat İnstitutu tərəfindən “Psixososial reabilitasiya proqramı” çərçivəsində təşkil olunan təlimlər əməkdaşların müvafiq sahədə bilik və bacarıqlarının artırılmasına xidmət edir.

Müəssisədə çalışan 40-a yaxın işçinin cəlb olunduğu təlim 8 gün davam edəcək. Sonda iştirakçıların təlim zamanı qazandıqları bilik səviyyəsi sorğu vasitəsilə öyrəniləcək, onlara təlimdə iştiraka dair sənədlər təqdim olunacaq.

Təlimçi psixoloq mütəxəssislər müəssisənin ahıl sakinləri ilə söhbətlər aparır, onlara psixoloji yardımlar da göstərirlər.