1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızdan bir qrupunun uşaqları ilə görüşüb.
Görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi tarixi Zəfərdən bəhs edilib. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda savaşlarda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanıb.
Sonra DSMF adından uşaqlara hədiyyələr təqdim olunub.