Nazir müavini Beyləqan rayonunda vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Beyləqan rayonunda həmin rayonun sakinlərini qəbul edib.

Qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri dinlənilib. Müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb, sorğu xarakterli müraciətlərlə bağlı izahatlar verilib.