Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov iyunun 9-da Siyəzən rayonunda Siyəzən və Şabran rayonlarının sakinlərini qəbul edəcək.
Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar 27 may-6 iyun tarixlərində nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.