Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” layihəsi üzrə missiyası ilə görüş olub.
Missiyaya sosial müdafiə məsələləri üzrə baş mütəxəssis Mirey Ovadiya, baş iqtisadçı Sirma Demir Şeker və b. daxildir.
Görüşdə Milli Observatoriyanın fəaliyyət istiqamətləri haqqında Dünya Bankı nümayəndələrinə məlumat verilib. Mərkəzdəki təlimlərdən, aparılan tədqiqat işlərindən və Mərkəzin layihələrindən bəhs olunub.
Dünya Bankı və Milli Observatoriya arasında əmək bazarı sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.