Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Siyəzən rayonunda Siyəzən və Şabran rayonlarının sakinlərini qəbul edib.
Qəbul zamanı Nazirliyin səlahiyyət dairəsinə aid vətəndaş müraciətləri dinlənilib. Müraciətlərdə əksini tapan məsələlər yerindəcə araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara izahatlar verilib.
Qəbuldan əvvəl bu barədə və qəbula necə yazılmaq barədə müvafiq məlumatlandırma aparılıb.