5 ayın sosial göstəriciləri
2022-ci ilin yanvar-may aylarında 147,1 min pensiya, müavinət və təqaüd rəqəmsal infrastruktur üzərindən, proaktiv qaydada təyin edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq həmin sosial təminat növlərinin təyinatı elektronlaşdırılıb.
İndiyədək 61,4 mini pensiya, qalanı müavinət və təqaüd olan 415,4 min təyinat e-sistem üzərindən proaktiv qaydada aparılıb.
Bununla da vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən onlara müvafiq təyinatlar e-sistem üzərindən avtomatik həyata keçirilib.