Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev İmişli rayonunda həmin rayonun sakinlərini qəbul edərək müraciətlərini dinləyib.
Onların sırasında Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə veteranları da olub.
Nazirliyin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılaraq, qaldırılan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı izahatlar verilib.
Qəbuldan əvvəl bu barədə və qəbula necə yazılmaq barədə müvafiq məlumatlandırma aparılıb.