Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin tərəfindən Vətən müharibəsi şəhidlərinin övladları üçün “Əmanət” yay düşərgəsi bu dəfə Astara rayonunda təşkil olunub. Düşərgədə Astara və Lerik rayonlarından 40-a yaxın şəhid övladları iştirak edib.
Düşərgə müddətində şəhid uşaqları Astara bulvarı ilə tanış olmaqla bərabər, müxtəlif əyləncəli oyunlara cəlb olunub, onlar üçün müxtəlif yarışlar təşkil edilib.
Müxtəlif personajların təqdimatında bədii-əyləncəli proqramla davam edən düşərgə, unudulmaz xatirələrlə yadda qalıb.
İyun ayından etibarən təşkil edilən “Əmanət“ adlı yay düşərgəsinə Lənkəran, Cəlilabad, Masallı, Astara və Lerik rayonlarından ümumilikdə 100-ə yaxın şəhid övladı cəlb edilib.