Özünüməşğulluq proqramından yararlanmaq qaydası, kimlərə üstünlük verilir?

Biznes ideyanız mövcuddur və öz işinizi qurmaq üçün dəstəyə ehtiyacınız var? Dövlət bu məsələdə də vətəndaşının yanındadır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən özünməşğulluq proqramı vasitəsilə işsiz və işaxtaran şəxslərə bu istiqamətdə tam dəstək göstərilir. Proqrama müraciət qaydası və icra mərhələləri barədə ətraflı məlumatla təqdim etdiyimiz videoçarxda tanış ola bilərsiniz.