Möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibə əlillərinin sosial təminatı tədbirləri geniş miqyas alıb.
Postmüharibə dövründə bu kateqoriyadan olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib. 3850 mənzil şəhid ailələri və müharibə əlillərinə, 264 avtomobil müharibə əlillərinə təqdim edilib.
Ümumilikdə ötən dövrdə 12850 imtiyazlı şəxs mənzil və ya fərdi evlə, 7500 müharibə əlili avtomobillə təmin edilib.