Himayədar ailə institutu uşaqlara qayğı sisteminin dünyada geniş yayılmış nümunələrindən biri olmaqla, dövlət müəssisələrindəki uşaqların himayədar ailələrə verilməsi ilə ailə mühitində yaşamalarını və bununla onların inkişafına şərait yaradılmasını nəzərdə tutur.
Prezident İlham Əliyevin 15 fevral 2022-ci il tarixli Fərmanına əsasən himayədar ailə sahəsində dövlət siyasəti, tənzimləməsi və dövlət nəzarəti bu il noyabrın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək.
Nazirlikdə bu mövzuda keçirilən iclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisələşməsi prosesi, reinteqrasiyası, habelə onların müəssisələrə düşməsinin qarşısının alınması və müəssisələrdə olan uşaqlarla bağlı fərdi inkişaf planlarının hazırlanması ilə bağlı tətbiq ediləcək mexanizmlərə dair məlumat verdi. Himayədar ailə sahəsində müasir, şəffaf idarəçiliyin, ictimai rəyin formalaşdırılması məqsədi ilə əhalinin maarifləndirilməsi, habelə media vasitəsilə təbliğat-təşviqatın vacibliyi vurğulandı.
Bütün bunlar qeyd edilən sahədə müasir və çevik, şəffaf idarəçilik və xidmətlərin formalaşmasına imkan verəcək.
Xatırladaq ki, himayədar ailə institutu uşaqlara qayğı sisteminin dünyada geniş yayılmış nümunələrindən biri olmaqla, dövlət müəssisələrindəki uşaqların himayədar ailələrə verilməsi ilə ailə mühitində yaşamalarına və bununla onların inkişafına şərait yaradılmasını nəzərdə tutur.