Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini Orxan Salahov 44 günlük Vətən Müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan gizir Nəbiyev Cilingir Azad oğlunun ailəsini ziyarət edib.
Vətən müharibəsində də iştirak edən Cilingir, Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə“ medalları ilə təltif olunub.
Ailə ilə söhbət zamanı şəhidimizin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. Onun xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Şəhid ailəsinin bundan sonra da sosial dəstək tədbirləri ilə əhatə olunacağı qeyd olunub.