Nigar Fikrət qızı Məmmədova

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin bakalavr və magistr pillələrini fərqlənmə diplomları ilə bitirib.

Əmək fəaliyyətinə 2001-ci ildən Azərbaycan Respublikasının Vergilər Nazirliyində başlayıb. Vergilər Nazirliyində Beynəlxalq vergi münasibətləri idarəsində, habelə Protokol şöbəsinin rəisi vəzifəsində 14 ilə yaxın müddətdə çalışmış, vergi xidməti müşaviri rütbəsinə alıb.

Mötəbər beynəlxalq qurumların, MDB iştirakçısı olan dövlətlərin Vergi xidmətləri rəhbərlərinin Koordinasiya şurasının, Avropa-daxili Vergi Administrasiyalarının Təşkilatı (İOTA) iclaslarının, digər beynəlxalq səviyyəli tədbirlərin, habelə Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının tədbirlərinin təşkilatçısı və fəal iştirakçısı olub

Vergilər Nazirliyinin Tədris Mərkəzində mühazirələr oxuyub. 2004-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən ictimai fəaliyyətinə görə Fəxri Fərman ilə, Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2010-cu il tarixli, 738 saylı Sərəncamı ilə “Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Rus, ingilis və fransız dillərini bilir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, iki övladı var.