Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Sağlamlıq imkanları məhdud uşaqların inkişafına dəstək”adlı müsabiqə keçirir.
Müsabiqədə qeyri-hökumət təşkilatları iştirak edə bilərlər.
İştirak haqqı yoxdur.
Maraqlanan təşkilatlar müsabiqənin əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün Bakı şəhəri, H. B. Zərdabi pr. 80 ünvanına yazılı müraciət edə bilərlər.
Müsabiqədə iştirak edən təşkilatların təklifləri H. B. Zərdabi pr. 80 ünvanına 08 noyabr 2018-ci il saat 17:00-dan gec olmayaraq təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.
Müsabiqə 12 noyabr 2018-ciil saat 11:00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda keçiriləcəkdir.
Əlaqə telefonu: (012) 434-05-20.
Müsabiqə komissiyası;