Sağlamlıq imkanları məhdud gənclərin əl işlərinin satış-sərgisi keçirilib

5 saylı ASAN xidmət mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin gənclərinin əl işlərindən ibarət satış-sərgisi keçirilib.

Satış-sərgidə gənclərin hörmə, rəsm, toxuma, xalçaçılıq, dulusçuluq-keramika məmulatları, ağac üzərində oyma, müxtəlif incəsənət və məişət nümunələri, bədii tikmələr və s. ibarət əl işləri təqdim olunub. Tədbirin keçirilməsində məqsəd fiziki məhdudiyyətli şəxslərin yaradıcılıq potensiallarının cəmiyyətə tanıdılması və əl işlərinin satışının dəstəklənməsi yolu ilə onların yaradıcı əməyinin maddi baxımdan stimullaşdırılması olub.