Direktor

1974-cü ildə Sumqayıt şəhərində anadan olub. 1996-cı ildə Azərbaycan Texniki Universitetində “Mühəndis mexanik” sahəsi üzrə fərqlənmə diplomu ilə təhsilini bitirib. 2002-2006-cı illərdə Bakı Dövlət Universitetində “Hüquqşünas” ixtisası üzrə təhsilini davam edib.

1997 – 2010-cu illərdə özəl sektorda müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2011 – 2013-cü illərdə Serbiya – Azərbaycan Ticarət Palatasında Birinci vitse-prezident vəzifəsində çalışıb. 2012 – 2018-ci illərdə Böyük Britaniyanın “CNI Development” şirkətinin təsisçisi olaraq həmin şirkətdə çalışıb.

2018-ci ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Tikilməkdə olan Obyektlərin Müdiriyyətinin Direktoru vəzifəsində çalışır.

İngilis və rus dillərini bilir.

Ailəlidir, üç ovladı var.