Ümumi məlumat

Azərbaycan Respublikasının vətəndaşlarına  və Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla pensiya “Əmək pensiyaları haqqında” Qanuna əsasən təyin edilir və ödənilir.

Əmək pensiyası – “Əmək pensiyaları haqqında” Qanununda nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 24 dekabr tarixli 446-VIQD nömrəli Qanununun tələblərinə uyğun olaraq 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunmuşdur.

Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir.

Əmək pensiyası üç növdə müəyyənləşdirilib:

  • yaşa görə əmək pensiyası;
  • əlilliyə görə əmək pensiyası;
  • ailə başçısını itirməyə görə əmək pensiyası.

Əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır.

Əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 20-ci maddəsində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir.

Yaşa görə əmək pensiyasıəlilliyə görə əmək pensiyası sığorta yığım hissəsindən ibarətdir.

Əmək pensiyasının sığorta hissəsi - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir.

Əmək pensiyasının yığım hissəsi - fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir.

Ailə başçısını itirməyə görə əmək pensiyası yalnız sığorta hissəsindən ibarətdir.

 “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.

Əmək pensiyası almaq hüququ olmayan şəxsin qanunvericilikdə nəzərdə tutulmuş hallarda yaşa görə, əlilliyə görə və ya ailə başçısını itirməyə görə sosial müavinət almaq hüququ vardır.