Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, və mənşəyindən asılı olmayaraq, müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslərin qanunvericilikdə nəzərdə tutulan müddətdə (880 gündən çox olmamaqla) yaşaması, onlara sosial-məişət və sosial-hüquqi xidmətlərin göstərilməsi üçün nəzərdə tutulmuş sosial xidmət müəssisəsidir.
Sosial Sığınacaqda müasir tələblərə uyğun qəbul-qeydiyyat şöbəsi, yataq, müayinə və müalicə, stolüstü oyunlar, komputer və təmiz inventar otaqları, kitabxana, yeməkxana, camaşırxana və s. fəaliyyət göstərir. Sosial Sığınacağın Nizamnaməsinə əsasən, yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslərin müəssisəyə qəbulu Azərbaycan Respublikasının daxili işlər orqanlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciətləri əsasında həyata keçirilir.
Müəssisənin ünvanı: Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Pirşağı yolu 1-ci km. 33 A.