Dövlət Məşğulluq Xidməti tələbə və məzunlar üçün təşkil olunan “Karyera sərgisi”ndə iştirak edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbə və məzunlar üçün təşkil olunan “Karyera sərgisi”ndə iştirak edib. Sərgi tələbə və məzunların karyera imkanlarının artırılması, işəgötürənlərlə ilkin əlaqələr qurmalarına şərait yaradılması, əmək bazarına inteqrasiyasının dəstəklənməsi məqsədi daşıyıb.

Ümumilikdə 50-dən cox iri şirkət və müəssisənin iştirak etdiyi tədbirdə əmək bazarında mövcud vəziyyət, işəgötürənlərin peşə və ixtisaslara tələbləri barədə tələbə və məzunlar məlumatlanıblar. İşəgötürənlərin nümayəndələri tələbə və məzunlardan CV qəbul ediblər.

Dövlət Məşğulluq Xidmətinin nümayəndələri tərəfindən tələbə və məzunlara məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri, həmçinin özünüməşğulluq proqramı, peşə hazırlığı və əlavə təhsil kursları barədə məlumatlar verilib.