Azərbaycanda pandemiya ilə əlaqədar həyata keçirilən iqtisadi və sosial dəstək tədbirləri Beynəlxalq Əmək Təşkilatının saytında

Azərbaycanda pandemiya dövründə iqtisadiyyata, sahibkarlığa, məşğulluğa və sosial rifaha dəstək məqsədilə həyata keçirilən geniş miqyaslı dəstək  tədbirləri Beynəlxalq Əmək Təşkilatının (BƏT) saytında dərc olunub.

Saytda pandemiyanın qarşısının alınması və onun iqtisadiyyata, məşğulluğa sosial rifaha mənfi təsirlərinin azaldılması üçün dünya ölkələrində aparılan siyasət və görülən işlərlə bağlı hər bir ölkə üzrə ayrıca bölmə üzrə məlumatlar yer alıb.  Azərbaycanla bağlı altbölmədə (https://www.ilo.org/global/topics/coronavirus/country-responses/lang--en/index.htm#AZ) də ölkəmizdə milli iqtisadiyyatın stimullaşdırılması, sahibkarların dəstəklənməsi, iş yerlərinin, məşğulluğun və işçilərin əməkhaqqı gəlirlərinin qorunması,  işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlıların birdəfəlik ödəmə ilə təmin edilməsi istiqamətində görülən tədbirlər qeyd edilir.

Həmçinin ölkəmizdə ödənişli ictimai işlər, özünüməşğulluq, ünvanlı dövlət sosial yardımı, işsizlikdən sığorta ödənişləri və digər sosial proqramlarının əhatə dairəsinin genişləndirilməsi və s.  istiqamətlərdə atılan addımlar təqdim edilir.