ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Sosial ödənişlər

2026-cı ilin sosial göstəriciləri

Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu

Ölkə üzrə yaşayış minimumu

300 ₼

Əmək qabiliyyətli əhali üçün

317 ₼

Pensiyaçılar üçün

245 ₼

Uşaqlar üçün

260 ₼

Ehtiyac meyarı

300 ₼

Minimum aylıq əməkhaqqı

400 ₼

Minimum əmək pensiyası

320 ₼

 

Birdəfəlik müavinətlər

1

Uşağın anadan olmasına görə

600 ₼

2

Dəfn üçün

Vəfat edən şəxs əmək pensiyaçısı olduqda

960 ₼

Vəfat edən şəxs sosial müavinət və ya işsizlikdən sığorta ödənişi alan şəxs və ya sığortaolunan olduqda

600 ₼

3

Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün

300 ₼

4

Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə

1600 ₼

5

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün

600 ₼

6

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ilk dəfə işə düzələn zaman

6000 ₼

7

Himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün

200 ₼

 

Əlilliyi olan şəxslər üçün

Aylıq müavinətlər

8

Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və ya hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyə görə

orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə

300 ₼

 

 

orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə

250 ₼

orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə

180 ₼

9

Vəfat etmiş şəxsin 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşdan yuxarı əlilliyi müəyyən edilmiş övladına ailə başçısını itirməyə görə

140 ₼

10

 

 

 

 

 

 

 

 

 

Ümumi xəstəliklə, hərbi xidmət dövrü ilə, istehsalat zədəsi ilə, peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla, Çernobıl AES-də qəzanın ləğvi ilə, terror hadisəsi ilə əlaqədar əlilliyə görə

orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə

300 ₼

orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə

250 ₼

orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə

180 ₼

11

Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar və 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyə görə

orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə

300 ₼

orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə

250 ₼

orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə

180 ₼

Prezident təqaüdləri

12

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə

orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə

600 ₼

orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə

500 ₼

orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə

400 ₼

13

Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə

orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə

600 ₼

orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə

500 ₼

orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə

400 ₼

14

Böyük Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə

orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə

600 ₼

orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə

500 ₼

orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə

400 ₼

15

Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar  əlilliyi müəyyən edilmiş şəxslərə

orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə

600 ₼

orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə

500 ₼

orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə

400 ₼

16

1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə

orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə

600 ₼

orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə

500 ₼

 

 

orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə

400 ₼

17

Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə

əlilliyi müəyyən edilmiş şəxslərə (81-100 faiz pozulmasına görə gözdən əlilliyi

olan şəxslər istisna olmaqla)

250 ₼

18

Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə

gözdən əlilliyi müəyyən edilmiş şəxslərə

350 ₼

 

Şəhid ailələri üçün Prezident təqaüdləri

19

Şəhid ailəsinə

700 ₼

20

20 Yanvar şəhidi ailəsinə

700 ₼

 

Digər

Aylıq müavinətlər

21

Dövlət qulluqçularına ömürlük sosial müavinət

Dövlət qulluqçusunun axırıncı əsas vəzifəsi üzrə hesablanmış dövlət məvacibinin 15%-i

22

Ümumi qaydada yaşa görə

220 ₼

23

Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı və ya əlilliyi olan uşağı olan qadınlara və kişilərə yaşa görə

220 ₼

24

Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə

140 ₼

25

Beşdən çox uşağı olan qadınlara 

Hər uşaq üçün
140 ₼

26

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə)

140 ₼

27

Üç yaşınadək uşağa qulluğa görə

Bir yaş yarımadək uşağa qulluğa görə

44 ₼ 

Uşağın bir yaş yarımdan üç yaşınadək qulluğa görə

28 ₼

28

Vəfat etmiş Azərbaycan Respublikasının keçmiş prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına

Keçmiş Prezidentə ödənilməli olan aylıq pensiyanın 50 faizi məbləği

29

Vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə ailə başçısını itirməyə görə

140 ₼

30

Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə

peşə əmək qabiliyyəti itirildikdə

minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq)

həlak olduqda

minimum aylıq əməkhaqqı məbləğində (400 ₼)

31

Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı övladlığa götürən şəxsə

Hər uşaq üçün
240  ₼

32

Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 0-18 yaş arası əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən şəxsə

Hər uşaq üçün
600  ₼

33

himayədar ailəyə verilmiş uşağın tərbiyə edilməsinə görə

0–6 yaş arası uşağa görə

355 ₼

7–13 yaş arası uşağa görə

375 ₼

14–18 yaş arası uşağa görə

395 ₼

34

himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə

0–6 yaş arası uşağa görə

500 ₼

7–13 yaş arası uşağa görə

600 ₼

14–18 yaş arası uşağa görə

650 ₼

35

Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına

Hər uşaq üçün
140  ₼

36

Vəfat etmiş şəxsin 18 yaşınadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) uşaqlarına ailə başçısını itirməyə görə

140  ₼

Prezident təqaüdləri

37

Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə

2200 ₼

38

Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə

2000 ₼

39

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

1700 ₼

40

“Xalq” fəxri adına görə

300 ₼

41

“Əməkdar” fəxri adına görə

200 ₼

42

1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçıları-na, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müda-fiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşa-yan” döş nişanı ilə təltif edilmiş şəxslərə

330 ₼

43

Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə (valideynlərinə, dul arvadlarına)

700 ₼

44

Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə

120 ₼

45

Əlilliyi olan uşaqlara qulluq edən şəxslərə

120 ₼

46

Müharibə veteranlarına

80 ₼

47

Əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə

elmlər doktoru elmi dərəcəsinə görə

500 ₼

fəlsəfə doktoru elmi dərəcəsinə görə

300 ₼

           

 

Birdəfəlik sığorta ödənişləri

48

1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə birdəfəlik ödəmə

11 000 ₼

49

1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmə

I dərəcə əlilliyə görə

8800 ₼

II dərəcə əlilliyə görə

6600 ₼

III dərəcə əlilliyə görə

4400 ₼

50

Sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə, həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə, həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda)

Sığorta məbləğinin 100 faizi miqdarında
(11 000 ₼)

51

Hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət  almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət və ya xəstəliklə əlaqədar üç il müddətində  əlilliyi müəyyən edilən sığortaolunana birdəfəlik ödəniş

orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə

Sığorta məbləğinin 80 faizi miqdarında
(8800 ₼ )

orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə

Sığorta məbləğinin 60 faizi miqdarında
(6600 ₼)

orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə

Sığorta məbləğinin 40 faizi miqdarında
(4400 ₼)

52

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” 1997-ci il 20 may tarixli 296-IQ nömrəli Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin d bəndinə əsasən sığortaolunana birdəfəlik ödəniş

ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda

Sığorta məbləğinin 25 faizi miqdarında
(2750 ₼)

az ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda

Sığorta məbləğinin 15 faizi miqdarında
(1650 ₼)

yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda

Sığorta məbləğinin 5 faizi miqdarında
(550 ₼)

53

"Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən sığortaolunan məhkəmə və ya hüquq mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olduqda (vəfat etdikdə)və ya xidmətdə olduğu zaman aldığı xəsarət (yaralanma, travma, kontuziya) almağa görə xidmətdən çıxdıqdan sonra üç il ərzində öldükdə birdəfəlik ödəniş

Sığorta məbləğinin (5 illik əmək haqqının) 100 faizi miqdarında  

54

"Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən sığortaolunanın əlilliyi müəyyən edildikdə sığortaolunana birdəfəlik ödəniş

orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə

Sığorta məbləğinin  (5 illik əmək haqqının) 80 faizi miqdarında

orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə

Sığorta məbləğinin  (5 illik əmək haqqının) 60 faizi miqdarında

orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə

Sığorta məbləğinin  (5 illik əmək haqqının) 40 faizi miqdarında

55

"Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinin  ç bəndinə əsasən sığortaolunana birdəfəlik ödəniş

ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda

Sığorta məbləğinin  (5 illik əmək haqqının) 20 faizi miqdarında

az ağır xəsarət (yaralanma, travma, kontuziya)

Sığorta məbləğinin  (5 illik əmək haqqının) 15 faizi miqdarında

yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda

Sığorta məbləğinin  (5 illik əmək haqqının) 10 faizi miqdarında

56

"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən sığortaolunan həlak olduqda birdəfəlik ödəniş

Sığorta məbləğinin (5 illik vəzifə maaşı məbləğində) 100 faizi miqdarında  

57

"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edildikdə sığortaolunana birdəfəlik ödəniş

orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə

Sığorta məbləğinin (5 illik vəzifə maaşı məbləğində) 80 faizi miqdarında

orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə

Sığorta məbləğinin (5 illik vəzifə maaşı məbləğində) 60 faizi miqdarında

orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə

Sığorta məbləğinin (5 illik vəzifə maaşı məbləğində) 40 faizi miqdarında

58

"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanunun 30-4.-cü maddəsinə əsasən sığortaolunana birdəfəlik ödəniş

əlillik müəyyən edilmədən ağır xəsarət aldıqda

Sığorta məbləğinin (5 illik vəzifə maaşı məbləğində) 20 faizi miqdarında

 az ağır xəsarət aldıqda

Sığorta məbləğinin (5 illik vəzifə maaşı məbləğində) 10 faizi miqdarında

 yüngül xəsarət aldıqda

Sığorta məbləğinin (5 illik vəzifə maaşı məbləğində) 5 faizi miqdarında

59

Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikasının Qanununa əsasən sığortaolunanlar  həlak olduqda (vəfat etdikdə) birdəfəlik ödəniş

Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinin rəhbəri sığorta məbləğinin (11000 ₼) 100 faizi miqdarında

Digər diplomatik xidmət əməkdaşları sığorta məbləğinin (6600 ₼) 100 faizi miqdarında

İnzibati-texniki xidməti əməkdaşları sığorta məbləğinin (4400 ₼) 100 faizi miqdarında

60

Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikasının Qanununa əsasən sığortaolunanların əlilliyi müəyyən edildikdə birdəfəlik ödəniş

orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə

Sığorta məbləğinin 80 faizi miqdarında

orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə

Sığorta məbləğinin 60 faizi miqdarında

orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə

Sığorta məbləğinin 20 faizi miqdarında

61

Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikasının Qanununa əsasən sığortaolunanlar əlillik müəyyən edilmədən xəsarət aldıqda

əlillik müəyyən edilmədən ağır xəsarət aldıqda

Sığorta məbləğinin 20 faizi miqdarında 

 az ağır xəsarət aldıqda

Sığorta məbləğinin 15 faizi miqdarında 

 yüngül xəsarət aldıqda

Sığorta məbləğinin 10 faizi miqdarında 

 

Digər

62

Peşə hazırlığına cəlb olunan şəxsə verilən təqaüd

200 ₼