Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü (80 manat) ödənilir.
Bu hüquq müharibə veteranı vəsiqəsi verildiyi tarixdən yaranır. Prosedur: 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi xidmət keçdikləri (qulluq etdikləri, işlədikləri) qurum tərəfindən verilir. Daha sonra, həmin qurumlar “Müharibə veteranı” adı və vəsiqəsi verdikləri şəxslər barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edir.Yekun mərhələ kimi, həmin məlumatlar əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Müharibə veteranı” adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünü (80 manat) təyin edir. Təqaüdün təyinatı müharibə veteranının müraciəti olmadan və heç bir sənəd təqdim etmədən, e-sistem üzərindən proaktiv qaydada həyata keçirilir. Bu barədə, həmçinin təqaüdlə bağlı bank kartını hansı bankdan alacağı və s. haqqında sms vasitəsilə müharibə veteranlarına məlumat verilir. Hansı ayda təyin edilməsindən asılı olmayaraq, təqaüd 2022-ci ilin 1 yanvar tarixindən hesablanaraq vətəndaşın bank kartına köçürülür. Daha öncə təyin edilən veteranlara “Müharibə veteranı” adı və təqaüdü təyinat tarixindən,Vətən Müharibəsi iştirakçılarına isə “Müharibə veteranı” adı və təqaüdü 2022-ci ilin 1 yanvar tarixindən hesablanır.
Özünüməşğulluğun təşkili: Müharibə veteranları ən qısa zamanda özünüməşğulluq proqramına növbədənkənar cəlb edilir, kiçik ailə təsərrüfat və müəsissələrini qurmaları üçün aktivlərlə təmin olunurlar;
Prosedur: bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada Məşğulluq Altsisteminə (MAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müraciət etməlidir. Haqqı ödənilən ictimai işlər: Müharibə veteranlarının haqqı ödənilən ictimai işlər proqramına ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur;
Sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi: Müharibə veteranlarının sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur;
Prosedur: bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada Məşğulluq Altsisteminə (MAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müraciət etməlidir.
Təhsil – dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Əlavə - Veteranlar üçün vergi, əmək qanunvericiliyində və s. üçün bir sıra güzəştlər də nəzərdə tutulub.
QEYD: Müharibə veteranı müharibə ilə əlaqədar əlilliyi olan şəxsdirsə, o zaman ona müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün nəzərdə tutulan sosial təminat hüquqları şamil olunur.