10 ayın sosial göstəriciləri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-oktyabr aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 8 milyard 749 milyon manat vəsait ödənilib.
O cümlədən, 10 ayda:
- pensiyalar üzrə 6 milyard 527 milyon manat,
- müavinətlər üzrə 1 milyard 206 milyon manat,
- təqaüdlər üzrə 677 milyon manat,
- ünvanlı dövlət sosial yardımı üzrə 339 milyon manat
vəsait ödənişi həyata keçirilib.
Bu ilin yanvar-oktyabr aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən 760 milyon manat (10 faiz) çox olub.