Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə Ağdərə rayonunda əmək yarmarkası keçirilib.
Aktiv məşğulluq tədbiri ANAMA-nın Ağdərənin Talış kəndindəki mobil bazasının inzibati binasında təşkil edilib.
Yarmarkada əsasən minaaxtaran peşəsi üzrə olmaqla vakansiyalar təqdim olunub.
Tədbirdə iştirak edən şəxslərə iş yerləri üzrə tələblər izah edilib, vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.
Vətəndaşlar Dövlət Məşğulluq Agentliyinin aktiv məşğulluq proqramları barədə də məlumatlandırılıb.