Bu gün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin əməkdaşlığı ilə Respublika Qan Bankında “Ümumdünya Hemofiliya Günü”nə həsr edilmiş qanvermə aksiyası keçirilib.
Respublika Qan Bankının tibbi işçiləri tərəfindən sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilən donorlardan toplanan qan ehtiyatı talassemiya, hemofiliya eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlərə dəstək məqsədi daşıyır.
Artıq ənənə halını alan bu nəcib aksiyaya qeyd edilən dövlət qurumlarının əməkdaşları və könüllü donorlardan ibarət 250 nəfər qoşulub.
Aksiyada iştirak edən qan donorlarına minnətdarlığımızı bildiririk.