Vətən müharibəsindən sonrakı dövrdə 10,5 mindən çox müharibə iştirakçısı üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində müharibə iştirakçılarının seçdikləri biznes istiqamətləri üzrə aktivlərlə təminatı davam edir.
Bu il daha 260 nəfər müharibə iştirakçısına özünüməşğulluq proqramı əsasında aktivlər təqdim olunub.
Verilmiş avadanlıqlar hesabına onlar istehsal, xidmət və kənd təsərrüfatı istiqamətləri üzrə kiçik bizneslərini qurublar.
Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonrakı dövrdə 10,5 min nəfərdən çox müharibə iştirakçısı üçün özünüməşğulluq proqramı əsasında kiçik təsərrüfatlar qurulub.