I yarımilin sosial göstəriciləri
Bu ilin ilk yarımili ərzində DOST mərkəzlərində 502 min vətəndaşa xidmət göstərilib. Onların göstərilən DOST xidmətlərindən məmnunluq səviyyəsi 99,2 faiz olub.
2019-cu ilin may ayından ötən dövrdə ölkəmizdə 7 DOST mərkəzi (Bakı, Abşeron, Bərdə), 3 DOST filialı (Şuşa, Tərtər, Neftçala) və 3 DOST məntəqəsi (Zəngilan, Kəlbəcər, Füzuli) açılıb.
Beynəlxalq səviyyədə də yüksək qiymətləndirilən DOST konsepsiyası əsasında dövlət sosial xidmətlərindən ibarət 164 xidmət “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş məmnunluğuna uyğun təqdim edilir.