Yanvar ayının sosial göstəriciləri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar ayında proqnozla müqayisədə 26 faiz və ya 154 mln. manat çox olmaqla 755 mln. manat təşkil edib.
Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 3 faiz və ya 12 mln. manat artaraq 470 mln. manat olub.
Yanvar ayında DSMF-nin xərcləri 626 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz və ya 52 mln. manat çoxdur.