Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərdə özünüməşğulluq proqramının icrası işlərini davam etdirir.
Həmin ərazilərə köçürülmüş sakinlərdən artıq 909 sakinə bu aktiv məşğulluq proqramı çərçivəsində mal və materiallar formasında aktivlər verilib.
Verilmiş aktivlər hesabına onlar kənd təsərrüfatı, istehsal və xidmət sahələri üzrə kiçik ailə bizneslərini yaradıblar.
Özünüməşğulluq proqramına cəlb olunanlar ilk mərhələdə onlar üçün təşkil edilən təlimlərdə iştirak edərək kiçik biznesin təşkili və idarə olunması ilə bağlı bacarıqlara yiyələnirlər.