İşəgötürənlərin nəzərinə
Müsabiqədə qalib gələn işəgötürənlərin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün iş yerlərinin yaradılması ilə bağlı xərclərinin 75 faizədək hissəsini Dövlət Məşğulluq Agentliyi ödəyəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təminatına xidmət edən məqsədli proqramların həyata keçirilməsi ilə bağlı işəgötürənlər üçün müsabiqə elan edir.
Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər kateqoriyasına əlilliyi olan şəxslər, şəhid ailəsinin üzvləri, 20 yaşadək gənclər, 1 və ya daha çox uşağını təkbaşına böyüdən, 5 və daha artıq uşağı olan, habelə əlilliyi olan uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, keçmiş məcburi köçkünlər daxildir.
Müsabiqəyə aşağıdakı şərtlərə cavab verən işəgötürənlər müraciət edə bilərlər:
Dövlət, bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin isə müsabiqədə iştirakına yol verilmir.
Müsabiqədə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün münasib və dayanıqlı iş yerləri yaradan, əmək bazarında ən çox tələb olunan peşələr üzrə məqsədli proqramlar təqdim edən işəgötürənlərə üstünlük veriləcək.
Hər bir işəgötürən müsabiqəyə yalnız 1 layihə təqdim edə bilər və layihə çərçivəsində yaradılacaq iş yerlərinin sayı işəgötürənin mövcud işçi sayının 10 faizi miqdarınadək, lakin ümumilikdə 20 iş yerindən çox ola bilməz.
Müsabiqədə qalib gələn işəgötürənlərin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün iş yerlərinin yaradılması ilə bağlı xərclərinin 75 faizədək hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən, azı 25 faizi isə işəgötürən tərəfindən ödəniləcək.
İşəgötürənlər aşağıda qeyd olunmuş link vasitəsilə müsabiqədə iştirak üçün müraciət edə bilərlər: https://survey.sosial.gov.az/index.php/375839?lang=az