Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi çərçivəsində icra olunan layihə əsasında 30 şəhər və rayonda sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir.
Bu mərkəzlər Ağstafa, Balakən, Bərdə, Beyləqan, Daşkəsən, Gəncə, Goranboy, Göygöl, Qax, Qazax, Qəbələ, Qobustan, Qusar, Kürdəmir, Masallı, Mingəçevir, Naftalan, Neftçala, Oğuz, Sabirabad, Salyan, Samux, Şabran, Şamaxı, Şəki, Tərtər, Tovuz, Yevlax, Zaqatala və Zərdabda yerləşir.
Sosial reabilitasiya mərkəzlərində əlilliyi olan uşaqlara sosial-psixoloji reabilitasiya və abilitasiya xidmətləri göstərilir. Bu xidmətlər çərçivəsində uşaqlarla fərdi və qrup şəklində psixoloji məşğələlər keçirilir, onların sosial ünsiyyət və özünəqulluq bacarıqlarının inkişafı istiqamətində iş aparılır.
Layihə əlilliyi olan 1500-dən çox uşağı əhatə edir. Məqsəd əlilliyi olan uşaqların sosial reabilitasiya xidmətləri ilə əhatə olunaraq, cəmiyyətə inteqrasiyasının dəstəklənməsi məqsədi daşıyır.