Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 iyun 2025-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilənlər sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları da var.
Sərəncama əsasən Nazirliyin 10 nəfər əməkdaşı - Zalov Rəşad Məhərrəm oğlu, Əliyev Rauf Karlen oğlu, Abdullayev Elmir Dəyanət oğlu, Dadaşov Elşən Hacırza oğlu, Yusibov Elnur Nağı oğlu, Baxşəliyeva Nərgiz Rəhman qızı, Sadıqova Ulduz Əlihüseyn qızı, Xaspoladov İsmət Qərib oğlu, Xıdırov Anar Akif oğlu, Süleymanlı Vüsal Müseyib oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif ediliblər.
Göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığımızı bildiririk.
Təltif olunan dövlət qulluqçularını bu münasibətlə təbrik edərək, onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!