26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ “DOST Evi” filialında “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” proqramı çərçivəsində rəşadətli Azərbaycan Ordusunun igid əsgərlərinə məktublar yazılıb.
Bərdə regional “ASAN xidmət” mərkəzinin dəstəyi ilə filailın benefisiarları tarixi Zəfər qazanmış qalib Ordumuzla bağlı qürur və minnətdarlıq hisslərini yazdıqları məktublarda ifadə ediblər.
Məqsəd cəmiyyətdə vətənpərvərlik ruhunun yüksəldilməsi, inklüzivliyin təmin olunması və xidmətdə olan əsgərlərə mənəvi dəstək nümayiş etdirməkdir.