Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə iyun ayının pensiya ödənişini yekunlaşdırıb.
İyunun 5-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan MR, bu gün isə ölkəmizin digər bölgələri üzrə iyun ayının pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.