Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) qanunvericiliklə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsini təmin edir.
Reabilitasiya məqsədli bu xidmətlərin göstərilməsi və əhatə dairəsinin genişləndirilməsində qurumun sifarişləri çərçivəsində icra olunan sosial xidmət layihələri də mühüm rola malikdir.
4 iyun saat 11:30-da DOST TV-də canlı yayımlanacaq “Sosial saat”ın növbəti buraxılışında da həmin layihələrdən bəhs olunacaq.
Agentliyin Sosial sifarişlər və layihələr departamentinin Sosial sifarişlər və layihələr şöbəsinin müdiri Həvva Haqverdili mövzu ilə bağlı ətraflı məlumat verəcək, habelə izləyiciləri maraqlandıran sualları cavablandıracaq.
Kanala keçid linki:
https://www.youtube.com/@dostmediatv