Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan və 2021-ci ilin oktyabr ayında açılışı olan bu müəssisədə həssas qruplara aid şəxslərin yaradıcı potensialının inkişafına, onların cəmiyyətə inteqrasiyasına dəstək göstərilir.
Mərkəzin İsmayıllıdakı “DOST EVİ” filialında da bölgədə yaşayan əlilliyi olan şəxslər və digər həssas qrupların bacarıqlarının təkmilləşdirilməsi istiqamətində mühüm işlər aparılır. “Sosial saat”ın budəfəki buraxılışı da İsmayıllı DOST Evi filialının fəaliyyətinə həsr olunub.
25 may saat 11:30-da DOST TV-də canlı yayımlanacaq verilişdə filialın şöbə müdiri Əlibabayev Nemət ilə bu mövzu ətrafında danışılacaq, həmçinin izləyiciləri maraqlandıran suallar cavablandırılacaq.
Kanala keçid linki:
https://www.youtube.com/@dostmediatv