Son illər aparılan sosial islahatlar əlilliyin qiymətləndirilməsi sahəsini də əhatə edib. Əlilliyin qiymətləndirilməsi sistemi tam elektronlaşdırılıb və əlillik üçün müraciət edilməsi, və qiymətləndirmə prosesi tam elektron infrastruktur üzərindən aparılır.
Tibb müəsissəsinin vətəndaşa dair göndərişi əsasında şəxsin kimliyi, haradan göndəriş daxil olduğu bilinmədən elektron sistem üzərindən və göndərişdəki diaqnoz əsasında şəffaf və obyektiv təyinat aparılır.
Eyni zamanda, 2022-ci ildə əlilliyin qiymətləndirilməsinin yeni meyarları qəbul olunub. Bu meyarlar vətəndaş üçün bir sıra üstünlükləri ilə yanaşı, əlillik təyinatına əsas yaradan xəstəliklərin sayının 5 dəfə, müddətsiz əlilliyə əsas verən meyarlarının sayının 5,6 dəfə artırılmasına imkan verib.
21 may saat 11:30-da DOST TV-də canlı yayımlanacaq “Sosial saat”ın növbəti buraxılışında da bu mövzudan bəhs olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov mövzu ilə bağlı ətraflı məlumat verəcək, habelə izləyiciləri maraqlandıran sualları cavablandıracaq.
Kanala keçid linki:
https://www.youtube.com/@dostmediatv