Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sumqayıt Reabilitasiya Mərkəzində xidmətlərdən yararlanan şəxslər üçün dəniz kənarında terapiya təşkil edilib.
Mərkəzdə reabilitasiya kursu keçən əlilliyi olan şəxslərin və mərkəzin əməkdaşlarının iştirak etdiyi tədbir çərçivəsində inklüziv yoqa seansı, “Dalğaların səsi və rənglərin sehri” adlı art terapiya məşğələsi, “Birlikdə boyanan ümid” adlı master-klass keçirilib.
Benefisiarlar müxtəlif rəsm əsərləri hazırlayıb, komanda şəklində interaktiv oyunlarda iştirak ediblər. Həmçinin onlar dəniz sahilində xoş vaxt keçirib, bir-biri ilə ünsiyyət qurmaq imkanı qazanıblar.
Tədbirin məqsədi əlilliyi olan şəxslərin sosiallaşmasına dəstək göstərmək, onların ünsiyyət bacarıqlarının inkişafına, emosional rifahının gücləndirilməsinə və reabilitasiya prosesinin daha effektiv təşkilinə töhfə vermək olub.