Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin uşaq evi sosial xidmət müəssisələrinin azyaşlı sakinlərinin iştirakı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunan yarışda 4 komanda iştirak edib.
Maraqlı və gərgin mübarizə şəraitində keçən oyunda komandalar müxtəlif sahələri əhatə edən suallara çevik və yaradıcı cavablar verərək biliklərini nümayiş etdiriblər.
Yarışın yekun nəticələrinə əsasən, 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin “Ədalət zəfəri” komandası oyunun qalibi olub.
2 saylı Uşaq evi sosial xidmət müəssisəsinin "Şahinlər” komandası II yerə, 1 saylı Ailə tipli kiçik Qrup evi sosial xidmət müəssisəsinin "Simurq" komandası isə III yerə layiq görülüb.
Qaliblərə diplom və hədiyyələr təqdim edilib.
Sonda uşaqlar üçün əyləncəli proqram təşkil olunub.