Yanvar ayının sosial göstəriciləri
Müavinətlər üzrə 16 faiz, Prezident təqaüdləri üzrə 18 faiz çox vəsait ödənilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar ayında dövlət büdcəsi hesabına 892 min şəxsə 175 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib.
Onlardan
ödəniş həyata keçirilib. Ötən ilin müvafiq dövrünə nisbətən son bir ayda Fond tərəfindən müavinətlər üzrə ödənilən vəsait 16 faiz, Prezident təqaüdləri üzrə ödənilən vəsait isə 18 faiz çox olub.
Yanvar ayında daha 16 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 895 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.